Əsas Səhifə > Qanun > Vilayət Eyvazova sözü olanların nəzərinə - Diqqət!

Vilayət Eyvazova sözü olanların nəzərinə - Diqqət!


31-08-2022, 17:06
Vilayət Eyvazova sözü olanların nəzərinə - Diqqət!

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il sentyabr ayının 22-də Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Rubrika.Az bildirir ki, bu barədə DİN-dən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 21.09.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Rubrika.Az
Geri qayıt