Əsas Səhifə > Cəmiyyət > Qorbaçova qarşı qaldırılan məhkəmə iddiası ləğv edildi – Cavabdeh ölüb
Qorbaçova qarşı qaldırılan məhkəmə iddiası ləğv edildi – Cavabdeh ölüb2-09-2022, 11:48 |
|
Qanlı yanvarda teleqülləyə hücumla bağlı Qorbaçova qarşı qaldırılan məhkəmə iddiası ləğv edildi... Vilnüs Rayon Məhkəməsində 1991-ci ilin yanvarında (“13 yanvar işi”) teleqülləyə edilən hücumla əlaqədar SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçova qarşı qaldırılmış iddia cavabdehin ölümü ilə əlaqədar ləğv edilib. Hurriyyet.az “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Mixail Qorbaçovun ölümü ilə əlaqədar Litvada onun əleyhinə məhkəmə iddiası ləğv edilib. Vilnüs Rayon Məhkəməsinin təmsilçisi Aurim Jukauskas deyib: “Məhkəmə iddiası konkret şəxsə - Sovet İttifaqının keçmiş prezidentinə qarşı qaldırılıb, onun ölümündən sonra işi davam etdirmək mümkün deyil”. 1991-ci il yanvarın 13-nə keçən gecə sovet hərbçilərinin Vilnüsdəki teleqüllə ilə Televiziya və Radio Komitəsinin binasına hücumu zamanı 14 nəfər həlak olub. Məhkəmə işini Litvada 1991-ci ilin yanvar hadisələri zamanı həlak olanların qohumları qaldırıbmışdılar. Onlardan dörd nəfəri cinaəyətin törədilməsindən 31 il sonra – bu il SSRİ-nin keçmiş prezidenti Qorbaçova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Vilnüs Məhkəməsinə təqdim edilən mülki iddiadakı sübutlara görə, M.Qorbaçov Ali Baş Komandan kimi 1991-ci ilin yanvarında orduya nəzarət edirdi, lakin hərbçilərin aqressiv hərəkətlərini və nəticədə beynəlxalq cinayəti dayandırmaq üçün heç bir iş görməmişdi. Məhkəməyə müraciət edənlər Qorbaçovun yaxınlarının ölümünə görə məsuliyyət daşımasını istəyirdilər. M.Qorbaçovun SSRİ rəhbəri olduğu dövrdə Vilnüslə yanaşı, Tbilisidə (1989-cu il, 9 aprel), Bakıda (1990, 20 yanvar), Riqada (1991, yanvar) yerli əhaliyə qarşı qətliamlar törədilib. Rubrika.az Geri qayıt |