Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 437 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
Azərbaycanda son sutkada 437 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb2-09-2022, 17:36 |
|
Analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib... Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 346 aktiv xəstə var. Bu günə qədər 9 813 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 191, bu günə qədər isə ümumilikdə 7 162 508 test icra olunub. RUBRİKA.AZ Geri qayıt |