Əsas Səhifə > Cəmiyyət > Məhkəmə “Tərtər işi”nə görə tutulan generalla bağlı qərar verdi

Məhkəmə “Tərtər işi”nə görə tutulan generalla bağlı qərar verdi


2-09-2022, 17:54
Məhkəmə “Tərtər işi”nə görə tutulan generalla bağlı qərar verdi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Rubrika.az
APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.
Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

RUBRİKA.AZ
Geri qayıt