Əsas Səhifə > Aktual > Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDI
Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDI2-09-2022, 22:42 |
|
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb. Rubrika.az “oxu.az”a istinadən xəbər verir ki, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib. Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib. Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət etmişdi. Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi Rubrika.az Geri qayıt |