Əsas Səhifə > Dünya > Bu gün Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun iclası keçiriləcək
Bu gün Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun iclası keçiriləcək8-09-2022, 09:48 |
|
ABŞ Müdafiə Nazirliyi məlumat yayıb... Bu gün Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun iclası keçiriləcək. Rubrika.az “Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Toplantıya ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin rəhbərlik edəcək. NATO-nun Baş katibi Yens Stoltenberq də konfransa qatılacaq. Məlumata görə, iclasda Ukraynada davam edən böhran və NATO müttəfiqlərinin təhlükəsizlik məsələləri müzakirə olunacaq. RUBRIKA.AZ Geri qayıt |