Əsas Səhifə > Səhiyyə > Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib
Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib8-09-2022, 17:50 |
|
Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib...
Sentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib. TƏBİB-dən bildirilib ki, iclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib. Qeyd edək ki, Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb. Rubrika.Az Geri qayıt |