Əsas Səhifə > Dünya > Ukraynanın işğaldan azad edilən ərazilərində dövlət bayrağı qaldırılıb
Ukraynanın işğaldan azad edilən ərazilərində dövlət bayrağı qaldırılıb9-09-2022, 13:57 |
|
Xarkov vilayətinin Şevçenkovo şəhərində də inzibati binanın üzərində Ukrayna bayrağı qaldırılıb... Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Blaqodatovka şəhərini Rusiya hərbçilərindən azad edib. Məlumatı UNIAN yayıb. Bildirilib ki, Xarkov vilayətinin Şevçenkovo şəhərində də inzibati binanın üzərində Ukrayna bayrağı qaldırılıb. Məlumata görə, Xarkov vilayətinin işğaldan azad edilən əraziləri mina və başqa partlayıcılardan təmizlənir. Bölgələrdə dövlət orqanlarının işi, zədələnmiş infrastruktur bərpa edilir, əhaliyə yardım göstərilir. Rubrika.az Geri qayıt |