Əsas Səhifə > Dünya > Almaniya Prezidenti II Elizabetin dəfn mərasimində iştirak edəcək
Almaniya Prezidenti II Elizabetin dəfn mərasimində iştirak edəcək12-09-2022, 08:23 |
|
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin dövlət dəfn mərasimində iştirak edəcək. Bu barədə bazar günü Almaniya dövlət başçısının nümayəndəsi DPA-ya bildirib. Onun sözlərinə görə, Ştaynmayer sentyabrın 19-da Böyük Britaniyanın paytaxtında Vestminster Abbeyində keçiriləcək dəfn mərasiminə qatılacaq. Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Rubrika.az Geri qayıt |