Əsas Səhifə > Dünya > Almaniyada PKK tərəfdarları Türkiyə vətəndaşına hücum edib
Almaniyada PKK tərəfdarları Türkiyə vətəndaşına hücum edib13-09-2022, 11:31 |
|
Almaniyada PKK terror təşkilatının tərəfdarları Türkiyə vətəndaşına hücum edib. Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Essen şəhərində keçirilən yürüş zamanı qeydə alınıb. PKK tərəfdarları qırmızı işıqda gözləyən vətəndaşın avtomobilinə çubuq və daşla hücum edərək ona zərər vurmağa çalışıblar. Hücum nəticəsində sürücüyə heç nə olmasa da, avtomobilə xeyli ziyan dəyib. Polis PKK tərəfdarlarından bəzilərini saxlayıb. Qeyd edək ki, PKK silahlıları 1985-ci ildən Türkiyədə mülki şəxslərə və təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı terror aktları həyata keçiriblər. Nəticədə xeyli sayda adam ölüb və ya yaralanıb. ABŞ, Avropa İttifaqı, eləcə də Avropanın bəzi ölkələri PKK-ı terror təşkilatları siyahısına salıb. Rubrika.Az Geri qayıt |