Əsas Səhifə > Siyasət > EBRD prezidentinin Azərbaycana səfəri başlayıb
EBRD prezidentinin Azərbaycana səfəri başlayıb12-09-2022, 10:48 |
|
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlərin keçiriləcəyi, həmçinin Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsinə dair sazişin imzalanması gözlənilir. Səfər sentyabrın 13-dək davam edəcək. Xatırladaq ki, “Report”a müsahibəsində Odil Reno-Basso EBRD-nin Azərbaycan ilə əməkdaşlığın prioritetləri və onun inkişaf planları barədə danışıb. Rubrika.Az Geri qayıt |