Əsas Səhifə > İdman > “Qəbələ” UEFA Gənclər Liqasına məğlubiyyətlə başladı
“Qəbələ” UEFA Gənclər Liqasına məğlubiyyətlə başladı12-09-2022, 22:21 |
|
“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. “Report”un məlumatına görə, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv I mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. “Polyud” stadionundakı görüş “qırmızı-qaralar”ın 0:3 hesablı məğlubuiyyəti ilə başa çatıb. Meydan sahiblərindən qolları 24-cü dəqiqədə Yere Vrçiç, 51-ci dəqiqədə Marun Kalusiç və 83-cü dəqiqədə Kresimir Nazor vurub. Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq. Rubrika.az Geri qayıt |