Əsas Səhifə > Bölgə > Sərhəddə mövqe döyüşləri davam edir - Ermənistan MN
Sərhəddə mövqe döyüşləri davam edir - Ermənistan MN13-09-2022, 09:27 |
|
Ermənistan Müdafiə Nazirliyi: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib”... Saat 05:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, sərhədin ayrı-ayrı hissələrində mövqe döyüşləri gedir. 04:27 Ermənistan Müdafiə Nazirliyi növbəti açıqlamasını yayıb. Qurumdan bildirilib ki, Ermənistan-Azərbaycan sərhədində saat 04:00-a olan məlumata görə, vəziyyət son dərəcə ağır olaraq qalır. Qeyd edilir ki, Azərbaycan ordusu artilleriyadan, qumbaraatanlardan, iriçaplı silahlardan və PUA-lardan istifadə edir. Həmçinin, vurğulanıb ki, Azərbaycan ordusunun bölmələri sərhədin bəzi hissələrində mövqelərini irəli çəkmək üçün müəyyən işlər görüb. Rubrika.Az Geri qayıt |