Əsas Səhifə > Dünya > İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib


13-09-2022, 11:06
İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasənda həllini tapmalıdır”...

İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

Nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.

“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasənda həllini tapmalıdır”, - o söyləyib.

N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: “Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.(report.az)

RUBRİKA.AZ
Geri qayıt