Əsas Səhifə > Aktual > Şəhid Azər Məmmədovun nəşi ailəsinə təhvil verildi
Şəhid Azər Məmmədovun nəşi ailəsinə təhvil verildi13-09-2022, 22:23 |
|
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun nəşi Qazax rayon Kəmərli kəndinə gətirilib. Şəhidin nəşi artıq ailəsinə təhvil verilib. Qeyd edək ki, 1993-cü il təvəllüdlü Azər Mustafa oğlu Məmmədov sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub. O, 20 gün əvvəl ailə həyatı qurmuşdu. Rubrika.az Geri qayıt |