Əsas Səhifə > Aktual > Şəhid Ümid Həsənov Qubada dəfn olundu - Yenilənib, Foto

Şəhid Ümid Həsənov Qubada dəfn olundu - Yenilənib, Foto


14-09-2022, 14:41
Şəhid Ümid Həsənov Qubada dəfn olundu - Yenilənib, Foto

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) 21 yaşlı Həsənov Ümid İlqar oğlu dəfn edilib.

Şəhid Ü.Həsənov Qubanın İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluçusu (MAXE) 21 yaşlı Həsənov Ümid İlqar oğlunun nəşi doğulduğu Quba rayon Vəlvələ kəndinə aparılıb.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ü.Həsənov ailənin tək oğlu olub. Ailədə yalnız anası var, atası vəfat edib. İki bacısı isə ailəlidir. 21 yaşlı şəhidimiz hələ evlənməmişdi.

Rubrika.Az
Geri qayıt