Əsas Səhifə > İdman > Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər üçü uduzub
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər üçü uduzub15-09-2022, 15:40 |
|
Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb... “Report”un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bahadır Beratı (Türkiyə) ipponla məğlub edib. Onun 1/4 final finaldakı rəqibi Anton Kleynos (Polşa) olacaq. Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlsə də, növbəti görüşündə Tornike Maziaşviliyə (Gürcüstan) uduzub. Qadınların yarışında 48 kq çəki dərəcəsində çıxış edən Könül Əliyeva 1/8 finalda Sila Ersinə (Türkiyə), 57 kq çəki dərəcəsində çıxış edən Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) yenilib. Rubrika.Az Geri qayıt |