Əsas Səhifə > Müsahibə > İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq


19-09-2022, 12:12
İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

Azərbaycan və Ermənistan məsələlərinə dair önəmli və fövqəladə iclas keçiriləcək...

İran parlamenti növbədənkənar iclasda Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcək.
Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.
O bildirib ki, çərşənbə günü Azərbaycan və Ermənistan məsələlərinə dair önəmli və fövqəladə iclas keçiriləcək.
Vəhid Cəlalzadə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahat olduqlarını deyib: "Biz ölkənin yüksək vəzifəli məmurları ilə bu məsələni müzakirə etdik. Ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddi yanaşmağı xahiş edirik".(APA)

RUBRİKA.AZ
Geri qayıt