Əsas Səhifə > Cəmiyyət > Saatlı İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapılıb
Saatlı İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapılıb19-09-2022, 22:43 |
|
Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib. Rubrika.az APA-ya istinadən xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini, 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb. Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir. Ölümün səbəbi araşdırılır. Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb. Rubrika.az Geri qayıt |