Əsas Səhifə > Qalmaqal > Qazaxda iki uşağı ildırım vurub, biri ölüb - AÇIQLAMA
Qazaxda iki uşağı ildırım vurub, biri ölüb - AÇIQLAMA22-09-2022, 17:17 |
![]() Qazaxda iki uşağı ildırım vurub. Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: “2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”. RUBRİKA.AZ Geri qayıt |