Əsas Səhifə > Manşet > Milli Məclisin deputatı Etibar Əliyev: "Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”
Milli Məclisin deputatı Etibar Əliyev: "Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”23-09-2022, 14:40 |
![]() Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər. Rubrika.Az xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV ilə bağlı tənqidi status paylaşıb. Paylaşımda deyilir: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”. Deputat Etibar Əliyev həmkarının statusuna dəstək verərək, AzTV rəhbərliyinin fəaliyyətindən narazılığını dilə gətirib. “ AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”, – parlamentari şərh bölümündə yazıb. ![]() Rubrika.az Geri qayıt |