Əsas Səhifə > İdman > Azərbaycan millisindən möhtəşəm qələbə
Azərbaycan millisindən möhtəşəm qələbə26-09-2022, 09:28 |
|
Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Rubrika.Az xəbər verir ki, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb. C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibini üstələməklə ikinci yeri tutmaq niyyətində idi. Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub. Qrupun digər oyununda Slovakiya ilə Belarus 1:1 hesablı heç-heçə edib. Millətlər Liqası, VI tur C liqası, 3-cü qrup 25 sentyabr 20:00. Azərbaycan – Qazaxıstan - 3:0 Qollar: Aleksandr Maroçkin, 67 (avtoqol), Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1 Baş hakim: Harm Osmers Qırmızı vərəqə: Nuralı Alip, 36 Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqverdi, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov (k), 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev Baş məşqçi: Canni de Byazi Qazaxıstan: 12. İqor Şatski, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 21. Marat Bıstrov, 18. Timur Dosmaqambetov, 13. Baqdat Kairov, 5. İslambek Kuat (k), 7. Aslan Darabayev, 10. Elxan Astanov, 20. Ramazan Orazov, 6. Abılayxan Jumabek Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Məhəmmədcan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtazayev, 11. Yan Voroqovski, 14. Samat Jarınbetov, 16. Mixail Qabışev, 17. Abat Aymbetov, 19. Talqat Kusyapov, 23. Adilet Sadıbekov Baş məşqçi: Məhəmməd Adıyev Bakı. "Dalğa Arena” Rubrika.az Geri qayıt |