Əsas Səhifə > Dünya > Ukrayna Silahlı Qüvvələri İran PUA-larının zəif tərəflərini açıqladı
Ukrayna Silahlı Qüvvələri İran PUA-larının zəif tərəflərini açıqladı27-09-2022, 13:55 |
|
“İranın PUA-ları Rusiya tərəfindən irəliləyişə çevrilə biləcək bir silah - bir növ supernailiyyət və ya “vundervaffe” kimi qəbul edilir”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy bildirib. Onun sözlərinə görə, İran PUA-larının döyüş keyfiyyətləri olduqca aşağı səviyyədədir: “İranlılar öz PUA-larını SEPAH-ın vura bildiyi və ya əldə edə bildiyi ABŞ və İsrail PUA-larını öyrəndikdən sonra yaradıblar. Hər halda replika yaxşı alınmayıb”. PUA-ların çatışmazlıqlarından danışan Çerevatıy qeyd edib ki, o, çox səs-küylüdür və bir neçə kilometrdən səsi eşidilən mühərriki ilə uzaqdan müəyyən edilir. Onun sözlərinə görə, hazırda hava hücumundan müdafiə sistemi İran PUA-larına qarşı mübarizə metodu üzərində işləyir və bu təhlükə aşkar olunan kimi tezliklə məhv ediləcək. Rubrika.az Geri qayıt |