Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub - FOTO
Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub - FOTO26-09-2022, 16:50 |
|
Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, 9 903 nəfər vəfat edib, aktiv xəstə sayı 1 282 nəfərdir. Ölkədə son sutka ərzində 1 973, hazırkı dövrədək isə 7 238 737 test aparılıb. RUBRIKA.AZ Geri qayıt |