Əsas Səhifə > Cəmiyyət > Şuşaya ilk BU ŞƏXSLƏR köçürüləcək - RƏSMİ AÇIQLAMA
Şuşaya ilk BU ŞƏXSLƏR köçürüləcək - RƏSMİ AÇIQLAMA27-09-2022, 12:15 |
|
“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”. Rubrika.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. “Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - icra başçısı qeyd edib. O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək. RUBRIKA.AZ Geri qayıt |