Əsas Səhifə > Dünya > "İrəvanda heç kəs sülh müqaviləsi imzalamağa hazır deyil" - Paşinyan yenə zamanı uzadır
"İrəvanda heç kəs sülh müqaviləsi imzalamağa hazır deyil" - Paşinyan yenə zamanı uzadır27-09-2022, 15:36 |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin uzunmüddətli nizamlanması üçün sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında indi də fərqli sənədi gündəmə gətirib: “MDB-nin 1991-ci il 8 dekabr tarixli sazişi çərçivəsində sərhədlərin qarşılıqlı tanınması əsasında sülh müqaviləsi bağlanmalıdır. Ermənistan keçdiyi ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regionda kommunikasiyalar açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır". RUBRIKA.AZ-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Paşinyan hər dəfə yeni təkliflərlə çıxış etməklə zamanı uzadır: “Lakin bununla da Ermənistan əvvəlki ərazilərinə geri çəkilmək məcburiyyətində qalacaq. Rəsmi İrəvan hazırda imitasiya ilə məşğuldur. Çünki onların heç biri sülh müqaviləsi imzalamağa hazır deyil. Bu, açıq-aşkar görünür. Yəni dəfələrlə müzakirələr olunmasına və öhdəlik götürülməsinə baxmayaraq, ermənilər sözlərinə əməl etməyiblər. Həmçinin, xəstə Ermənistan cəmiyyəti və siyasiləri də bu prosesə hazır deyil”. Partiya sədri hesab edir ki, Nikol Paşinyan Levon Ter-Petrosyanın məsləhətinə qulaq asmalıdır: “Çünki Ter-Petrosyan mövqeyini açıq şəkildə ortaya qoyaraq Ermənistanın bütün hallarda kapitulyasiya aktını imzalamaq məcburiyyətində olduğunu bildirib. O deyib ki, başqa çıxış yolları yoxdur və artıq zamanı uzatmaq olmaz. Buna baxmayaraq, Paşinyan isə zamanı uzadır və sülh müqaviləsi imzalamağa hazır deyil. Amma Paşinyanın zamanı uzatması Ermənistanın müstəqil dövlət kimi öz müstəqilliyini qoruyub saxlamaqda çətinlik çəkməsinə gətirib çıxaracaq”. Rubrika.Az Geri qayıt |