Əsas Səhifə > Aktual > Azərbaycanda məşhur şirkətin sahibləri toplanır – İLQAR ƏLİYEV VƏ RİYAD ƏLİYEV İCLASDA
Azərbaycanda məşhur şirkətin sahibləri toplanır – İLQAR ƏLİYEV VƏ RİYAD ƏLİYEV İCLASDA28-09-2022, 09:48 |
![]() Sentyabr ayının 30-da “Azinteroil”MMC-nin təsisçilərinin ümumi yığıncağı keçiriləcək. RUBRIKA.AZ FED.az-a istinadla xəbər verir ki, bu barədə şirkətin müdiriyyəti məlumat yayıb. Bununla əlaqədar olaraq şirkətin təsisçilərinə mətbuat vasitəsilə müracitə edilərək onlar iclasa dəvət olunublar. Xatırladaq ki, “Azinteroil”MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu, Məmmədov İlham Almas oğlu və Şahbazov Şahbaz Qara oğludur. Müraciət isə bu təsisçilərdən iki si- Əliyev İlqar və Məmmədov İlham, eləcə də investor olaraq Riyad Əliyev (Əliyev İlqarın oğlu) tərəfindən edilib. Elanda bildirilir: “Azinteroil”MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğluna Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi ev 138, mənzil 9. Məmmədov İlham Almas oğluna Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 187, mənzil 30. Şahbazov Şahbaz Qara oğluna Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ev 48A. Bildiririk ki, siz “Azinteroil” MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu və Məmmədov İlham Almas oğlunun, eləcə də investor Əliyev Riyad İlqar oğlunun müraciətləri əsasında “Azinteroil” MMC-nin nizamnaməsinin 9.1-ci bəndini rəhbər tutaraq, 30 sentyabr 2022-ci il saat 17.00-da Bakı şəhəri, Moskva prospekti 1058 nömrəli ünvanda keçiriləcək təsisçilərin ümumi yığıncağına dəvət edilirsiniz. “Azinteroil” MMC-nin müdiriyyəti Geri qayıt |