Əsas Səhifə > Müsahibə > XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib
XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib29-09-2022, 10:42 |
|
“Ermənistan növbəti saxta ittihamla çıxış edib”. Rubrika.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O vurğulayıb ki, İrəvan eyni ssenarini təkrarlayır: "Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”. XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”. Rubrika.Az Geri qayıt |