Əsas Səhifə > Cəmiyyət > Mülayim şimal küləyi əsəcək - Belə deyirlər...
Mülayim şimal küləyi əsəcək - Belə deyirlər...30-09-2022, 15:00 |
![]() Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb RUBRİKA.AZ ETSN-ə istinadən məlumatı təqdim edir: Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq. Rubrika.az Geri qayıt |