Əsas Səhifə > RubrikaTV Video > Ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlandı - VİDEO
Ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlandı - VİDEO3-10-2022, 13:12 |
|
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib. http://baku.tv/embed/62103 Rubrika.Az Geri qayıt |