Əsas Səhifə > Cəmiyyət > Sabahın hava proqnozu
Sabahın hava proqnozu4-10-2022, 12:12 |
|
Sentyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 25-29 dərəcə isti olacaq. Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. Rubrika.az Geri qayıt |