Əsas Səhifə > Müsahibə > Edilli həbs düşərgəsi kimi istifadə edilib - Hikmət Hacıyev

Edilli həbs düşərgəsi kimi istifadə edilib - Hikmət Hacıyev


5-10-2022, 09:22
Edilli həbs düşərgəsi kimi istifadə edilib - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.

Rubrika.az xəbər verir ki, Hikmət Hacıyev tviterdə qeyd edib:
"Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış/öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.

Rubrika.Az


Geri qayıt