Əsas Səhifə > RubrikaTV Video > Məktəbdə daha bir inanılmaz hadisə: Şagirdlər dərs otağında pomidor-yumurta bişirdilər - VİDEO
Məktəbdə daha bir inanılmaz hadisə: Şagirdlər dərs otağında pomidor-yumurta bişirdilər - VİDEO5-10-2022, 16:25 |
|
Son günlər gündəmi məktəblərdə baş verən olaylar zəbt edir. Bu gün də məktəblərimiz Beynəlxalq Müəllimlər Günü ilə deyil, şagirdlərin dərs otağında pomidor-yumurta bişirmələri ilə müzakirə mövzusuna çevrildi. Hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar.(yenisabah.az) http://baku.tv/embed/62232 Rubrika.Az Geri qayıt |