Əsas Səhifə > Cəmiyyət > Qoca Səmədov müalicə müəssisəsinə köçürülüb
Qoca Səmədov müalicə müəssisəsinə köçürülüb6-10-2022, 11:56 |
|
Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb... Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb. Bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib. O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir. Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. Daha sonra Q.Səmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. RUBRİKA.AZ Geri qayıt |