Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 72 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda son sutkada 72 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb6-10-2022, 17:05 |
|
Hazırda 631 aktiv xəstə var... Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, hazırda 631 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 848, bu günə qədər isə ümumilikdə 7 266 943 test icra olunub. Rubrika.az Geri qayıt |