Əsas Səhifə > İdman > Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər
Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər11-10-2022, 08:22 |
|
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək. Ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək. Bu matçlardan sonra 4 komanda pley-off vəsiqəni təmin edə bilər. F qrupunda İspaniya "Real Madrid"i Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu məğlub etsə, adını 1/8 finala yazdıracaq. G qrupunda İngiltərə təmsilçisi "Mançester Siti" Danimarkada "Kopenhagen"ə, Dortmund "Borussiya"sı isə Almaniyada İspaniya "Sevilya"sına qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək. H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə uduzsa, PSJ (Fransa) - "Benfika" (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zaltsburq"u ilə qarşılaşacaq. E qrupunun digər matçında isə İngiltərənin "Çelsi" klubu İtaliyada "Milan"ın qonağı olacaq. Çempionlar Liqası Qrup mərhələsi, IV tur 11 oktyabr E qrupu 23:00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) 23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya) Xal durumu: "Zaltsburq" - 5, "Çelsi" - 4, "Milan" - 4, "Dinamo" - 3 F qrupu 23:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) 23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) Xal durumu: "Real Madrid" - 9, "Şaxtyor" - 4, "Leyptsiq" - 3, "Seltik" - 1 G qrupu 20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) 23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) Xal durumu: "Mançester Siti" - 9, "Borussiya" - 6, "Kopenhagen" - 1, "Sevilya" - 1 H qrupu 20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) 23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya) Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3, "Makkabi" - 0. Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək. RUBRIKA.AZ Geri qayıt |