Əsas Səhifə > Cəmiyyət > Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub11-10-2022, 11:38 |
|
Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib... “Report” “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib. O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb. Dağıntı və tələfatla bağlı araşdırma aparılır. Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib. Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub. Rubrika.az Geri qayıt |