Əsas Səhifə > Dünya > Ərdoğan Qazaxıstanda: Tokayev hava limanında şəxsən qarşıladı

Ərdoğan Qazaxıstanda: Tokayev hava limanında şəxsən qarşıladı


13-10-2022, 08:37
Ərdoğan Qazaxıstanda: Tokayev hava limanında şəxsən qarşıladı

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılmaq üçün Qazaxıstana yola düşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Astanaya çatıb...

Məlumata görə, onu Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev qarşılayıb.
Qarşılama mərasimində həmçinin Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, səhiyyə naziri Ajar Giniyat, Qazaxıstan prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yercan Kazixanov, Türkiyənin Astanadakı səfiri Ufuk Ekici və digərləri iştirak ediblər.(pia)

Rubrika.Az
Geri qayıt