Əsas Səhifə > Dünya > Son sutkada Ukraynada İran istehsalı olan 26 PUA məhv edilib
Son sutkada Ukraynada İran istehsalı olan 26 PUA məhv edilib17-10-2022, 11:30 |
|
Ukraynanın cənubunda ötən sutka ərzində İran istehsalı olan 26 “Şahed” kamikadze dronu zərərsizləşdirilib. “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib. Bildirilib ki, dronlar zenit-raket bölmələri və qırıcıların köməyi ilə məhv edilib. Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın şəhərlərini İran istehsallı PUA-larla hədəf aldığını söyləyib. Rubrika.Az Geri qayıt |