Əsas Səhifə > Təhsil > Prezidentin yüksək vəzifə verdiyi xanım kimdir? - DOSYE
Prezidentin yüksək vəzifə verdiyi xanım kimdir? - DOSYE18-10-2022, 20:01 |
|
Bu gün Prezident İlham Əliyev Mehriban Natiq qızı İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Elm Fondunun İcraçı direktorunun dosyesini təqdim edirik: Mehriban Natiq qızı İmanova 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirib. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlayıb. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrində çalışıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib. Mehriban İmanova ailəlidir, iki övladı var. RUBRIKA.AZ Geri qayıt |