Əsas Səhifə > Təhsil > Şəhidlərin ruhuna hörmətsizlik edən direktor və müavinləri CƏZALANDIRILDI
Şəhidlərin ruhuna hörmətsizlik edən direktor və müavinləri CƏZALANDIRILDI20-10-2022, 15:45 |
![]() İki həftə əvvəl Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmamasın ilə bağlı video yayılmışdı. Yayılan video ictimaiyyətdə ciddi tənqidlərə səbəb olmuşdu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırıb. Rubrika.Az-ın məlumatına görə, qurumun mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, araşdırma nəticəsində direktor və onun müavinlərinin əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdikləri ortaya çıxıb: “161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib”. Rubrika.Az Geri qayıt |