Əsas Səhifə > Dünya > Qara dənizdə Rusiya qırıcısı Britaniya təyyarəsinə raket atıb
Qara dənizdə Rusiya qırıcısı Britaniya təyyarəsinə raket atıb21-10-2022, 10:21 |
![]() Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya qırıcısının Qara dəniz üzərində Britaniya hərbi təyyarəsi istiqamətində raket atdığını iddia edib. RUBRİKA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bunu müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı bildirib. Sözügedən hadisə sentyabrın 29-da baş verib. Nazirin sözlərinə görə, Britaniya Hərbi Hava Qüvvələrinə məxsus silahsız “RC-135W Rivet Joint” kəşfiyyat təyyarəsi iki Rusiya Su-27-nin müşayiəti ilə əvvəlcədən müəyyən edilmiş marşrut üzrə beynəlxalq sularda patrul xidməti həyata keçirib. Lakin sonradan qırıcılardan biri raket atıb. 90 dəqiqəlik uçuşdan sonra “RC-135W” təhlükəsiz şəkildə geri qayıdıb. RUBRİKA.AZ Geri qayıt |