Əsas Səhifə > İdman > “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb21-10-2022, 10:53 |
|
“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, seriya yubiley həddinə Premyer Liqanın XI turunda çatıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan “köhlən atlar” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub. Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb. Rubrika.Az Geri qayıt |