Əsas Səhifə > Dünya > Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub25-10-2022, 09:28 |
|
Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb. O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi. R. Orucov böyüdüyü vilayətdə dəfn olunub. ![]() RUBRIKA.AZ Geri qayıt |