Əsas Səhifə > İdman > Avropa Liqası: “Qarabağ” bu gün pley-offa vəsiqəni təmin edə bilər
Avropa Liqası: “Qarabağ” bu gün pley-offa vəsiqəni təmin edə bilər27-10-2022, 09:04 |
|
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada “Nant” klubu ilə qarşılaşacaq. “Bojuar” stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Hazırda “köhlən atlar” 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Liqa 1 təmsilçisi isə 3-cüdür. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək. Bu qrupun digər oyununda isə “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək. UEFA Avropa Liqası Qrup mərhələsi, V tur 27 oktyabr 23:00. “Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan) Hakimlər: Yakob Kehlet, Lars Hummelqard, Viktor Skite, Yorgen Burçard (hamısı Danimarka) Nant, “Bojuar” stadionu Xal durumu: “Frayburq” – 12, “Qarabağ” – 7, “Nant” – 3, “Olimpiakos” - 1. Rubrika.Az Geri qayıt |