Əsas Səhifə > Qanun > XİN: Ermənistanın cəzasızlığına son qoyulmalıdır
XİN: Ermənistanın cəzasızlığına son qoyulmalıdır27-10-2022, 15:47 |
|
XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib... İki il bundan əvvəl oktyabrın 27-28 tarixlərində Ermənistan Bərdəni kasetli bombalarla atəşə tutub. Ermənistanın bu hücumu nəticəsində 2 yaşlı qız daxil olmaqla 27 nəfər həlak oldu və 70-dən yuxarı şəxs yaralandı. Rubrika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında bildirilib. Qeyd olunub ki, bu raket hücumu ən çox itkiyə səbəb olan və dinc əhaliyə qarşı edilmiş müharibə cinayəti idi. “Ermənistanın törətdiyi hərbi cinayətlərin müqabilində cəzasız qalmasına son qoyulmalıdır”, - deyə bildirilib. RUBRİKA.AZ Geri qayıt |