Əsas Səhifə > Bölgə > Tərtərin “Smerç”lə vurulmasından iki il ötür

Tərtərin “Smerç”lə vurulmasından iki il ötür


28-10-2022, 09:15
Tərtərin “Smerç”lə vurulmasından iki il ötür

Ermənistan oktyabrın 28-də saat 10:15-də “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhəri və rayonunun ərazisi atəşə tutulub...

Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə, oktyabrın 28-də humanitar atəşkəs rejimini pozaraq dinc sakinləri və mülki obyektləri raket atəşinə tutmaqda davam edib.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə ərzində erməni hərbi birləşmələri tərəfindən təkcə Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb.

Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə xeyli ziyan dəyib.

Rybrika.Az
Geri qayıt