Əsas Səhifə > Dünya > Kraliça Elizabetin atlarını satan III Çarlz milyon funt-sterlinqdən çox pul qazanıb
Kraliça Elizabetin atlarını satan III Çarlz milyon funt-sterlinqdən çox pul qazanıb31-10-2022, 09:58 |
|
II Elizabetin ölümündən sonra oğlu Çarlz ona məxsus atların bir hissəsini miras olaraq əldə edib. Böyük Britaniya kralı III Çarlz mərhum kraliça II Elizabetin sevimli yarış atlarını sataraq 1 milyon funt-sterlinqdən çox gəlir əldə edib. Kral mərhum anasının on dörd atını Nyumarketdəki “Tattersalls” hərracında satıb. Satışın monarxa cəmi 1,075 milyon funt sterlinq qazandırdığı bildirilir. Hər at orta hesabla 75,000 funt-sterlinqə alınıb. Qeyd edək ki, II Elizabetin ölümündən sonra oğlu Çarlz ona məxsus atların bir hissəsini miras olaraq əldə edib. Rubrika.Az Geri qayıt |