Əsas Səhifə > Cəmiyyət > Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb
Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb31-10-2022, 10:21 |
|
Hadisə oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb... Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb. Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Geri qayıt |