Əsas Səhifə > Cəmiyyət > Noyabrın 5-i beş günlük, 7-si altı günlük məktəblərdə dərs olacaq

Noyabrın 5-i beş günlük, 7-si altı günlük məktəblərdə dərs olacaq


31-10-2022, 12:35
Noyabrın 5-i beş günlük, 7-si altı günlük məktəblərdə dərs olacaq

Nazirlər Kabinetinin qərarı ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib...

Elm və Təhsil Nazirliyi noyabrın 5-9-da beş və altı günlük təhsil müəssisələrində iş günlərinin necə tənzimlənəcəyi ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. .

Bununla əlaqədar beşgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş günü, noyabrın 6-9-u isə qeyri-iş günləri hesab edilir. Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, noyabrın 8-9-u isə qeyri-iş günləri hesab edilir. Bir sözlə, 5 və 7 noyabr məktəblərdə iş günləridir.

Rubrika.Az
Geri qayıt